"Tramp qismən haqlıdır" Dünya

"Tramp qismən haqlıdır"

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər güclü deyil.Tramp jurnalistlərlə deyib: “Avropalıların tətbiq etdiyi sanksiyalar kifayət qədər güclü deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar sanksiyaları sərtləşdirməlidirlər ki, mənim hərəkətlərimə uyğun gəlsin".

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan Us "Xalq Cəbhəsi"nə deyib ki,
Tramp qismən haqlıdır, sanksiyalar daha güclü ola bilərdi və yumşaldılmaya bilərdi:"Onu da xatırladaq ki, Aİ Rusiyadan gələn karbohidrogenlərdən imtina etmək niyyətində olmadığı kimi, Rusiya ilə münasibətlərə tam ticarət embarqosu tətbiq etməkdən də imtina edir.
Belə ki, 2025-ci ilin birinci rübündə Aİ Rusiyadan 9,4 milyard ABŞ dolları dəyərində mal alıb ki, bunun da 6,3 milyard dollarını yanacaq və enerji məhsulları təşkil edib".

"Aİ-nin Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etmədiyini deməzdim. Onlar kifayət qədər ciddidirlər, lakin daha da ciddi ola bilərlər. Axı sanksiyaların gözlənilən effekti verməməsinin əsas səbəbi onların Kollektiv Qərb ölkələri tərəfindən qoyulması, Qlobal Cənub ölkələrinin isə onları dəstəkləməməsidir.
Ona görə də Aİ-nin sanksiyalarının təsirini maksimum dərəcədə artırmaq üçün ikinci dərəcəli sanksiyalar tətbiq edilməlidir. Bu, Qlobal Cənub ölkələrini Rusiya ilə təmaslarını məhdudlaşdırmağa sövq edəcək ki, bu da mahiyyət etibarilə onların Rusiyaya qarşı sanksiya təzyiqinə qoşulması demək olacaq".

Cavid