Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
19 Sentyabr 2025 11:48
4 326
“Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Amerika daxili siyasətində onilliklərdir formalaşmış bir reallıq var. Bu reallıq "kim kimə nəzarət edir və kim kimi idarə edir" sualı ilə bağlıdır. Son hadisələr göstərdi ki, əslində, ABŞ-nin İsrailin yürütdüyü siyasət üzərində təsiri düşünüldüyü qədər də güclü deyil” deyə açıqlama verməsi ABŞ-İsrail münasibətlərində uzun illərdir mövcud olan ziddiyyətli reallığı ortaya qoyur. Rəsmi Vaşinqton illər boyu İsrailin əsas strateji müttəfiqi kimi çıxış etsə də, son hadisələr göstərir ki, ABŞ-nin Tel-Əviv üzərindəki təsir imkanları məhduddur. ABŞ-nin bölgədəki siyasəti çox vaxt İsrailin hərbi-strateji yanaşmalarına uyğunlaşdırılır, Vaşinqton isə bəzi hallarda yalnız nəticələri idarə etməyə çalışır”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O əlavə edib ki, bu reallıq onu göstərir ki, ABŞ formal olaraq Yaxın Şərqdə əsas oyunçu rolunda olsa da, praktiki müstəvidə İsrail öz maraqlarını üstün tutur və çox vaxt Vaşinqtonun iradəsini nəzərə almadan addım atır: “ABŞ-nin yardım paketləri və siyasi dəstəyi İsrailin siyasətinə böyük dayaq olsa da, qərarverici mərkəz çox vaxt Tel-Əvivin özündədir. Digər tərəfdən, ABŞ daxilində İsrailə güclü lobbi dəstəyi mövcuddur. Bu, İsrailin Vaşinqton siyasətinə təsir imkanlarını artırır və bəzən ABŞ administrasiyalarını müəyyən qərarlarda çətin vəziyyətdə qoyur. Yəni ABŞ yalnız İsrailə təsir göstərən tərəf deyil, əksinə, İsrail də ABŞ siyasətinə ciddi təsir edir”.
Politoloqun sözlərinə görə, Hakan Fidanın sözləri bir reallığı əks etdirir: ABŞ-İsrail münasibətləri formal olaraq “böyük güc–kiçik müttəfiq” modeli üzərində qurulsa da, faktiki vəziyyətdə bu münasibətlər qarşılıqlı asılılıq və bəzən də Vaşinqtonun məhdud təsir imkanları ilə xarakterizə olunur. Z.Qarayeva eləcə də deyib ki, İsrail öz təhlükəsizlik konsepsiyasını prioritet götürür və ABŞ çox vaxt həmin kursa uyğunlaşmalı olur.
Röya İsrafilova
25 Sentyabr 16:54
903
25 Sentyabr 15:07
672
25 Sentyabr 14:10
1 064