

BMT-nin Təhlükəsizlik Şurası İranla bağlı sanksiya rejiminin bərpa edilməməsi barədə qəbul edilən qətnaməni rədd etdikdən sonra, BMT-nin İrana qarşı sanksiyaları 28 sentyabrda tətbiq oluna bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
"Məruzə qəbul edilmədiyinə görə, BMT-nin İrana qarşı sanksiyaları 30 günlük müddət bitdikdən sonra, yəni 28 sentyabrda tətbiq oluna bilər. Lakin Səfər Planının (Birləşmiş Hərtərəfli Fəaliyyət Planı (JCPOA)) uzadılması barədə danışıqlar gələn həftə, o cümlədən BMT Baş Assambleyasının növbəti həftə Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli toplantısında davam etdirilə bilər", - deyə mənbə bildirib.
Məryəm Quliyeva