MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
Fitch: Qafqaz bank sektorunda göstəricilər tarixi səviyyələrdən yüksək olaraq qalır
Yunanıstanda 15 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək
Rusiya ilin əvvəlindən Ukraynanın enerji sisteminə ən güclü zərbəni endirib
Ədliyyə Nazirliyi: “881” Çağrı Mərkəzində ötən ay xidmət səviyyəsi 90 faizi ötüb
19 Sentyabr 2025 19:31
2 772
Rusiyanın üç MiQ-31 qırıcısının Estoniyanın hava məkanını pozduğu iddia edilir.
Xalqcebhesi.az “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Estoniya hərbçilərinin məlumatına görə, Rusiya qırıcıları Vaindloo adası istiqamətindən Estoniyanın hava məkanına "icazəsiz" daxil olub və orada təxminən 12 dəqiqə qalıb.
Təyyarənin transponderlərinin söndürüldüyü, Estoniya hava dispetçerləri ilə ikitərəfli radio rabitəsinin kəsildiyi iddia edilir.
Estoniya Xarici İşlər Nazirliyi bildirib ki, hadisə ilə bağlı etiraz bildirmək və nota təqdim etmək üçün Rusiya Federasiyasının Estoniyadakı müvəqqəti işlər vəkilini artıq çağırıb.
Məryəm Quliyeva