BMT Baş Assambleyası Fələstinin müzakirələrdə uzaqdan iştirakına icazə verib Dünya

BMT Baş Assambleyası Fələstinin müzakirələrdə uzaqdan iştirakına icazə verib

BMT Baş Assambleyası gələn həftə başlayacaq siyasi müzakirələrdə Fələstinə uzaqdan iştirak etməyə icazə verən qətnamənin lehinə səs verib.

APA xəbər verir ki, sənədin sponsorları arasında Fələstindən başqa Boliviya, Misir, Küveyt, Mavritaniya, Nigeriya, Norveç, Seneqal və Venesuela da var.

Qətnamə, xüsusən də Fələstinə Fələstin prezidenti Mahmud Abbasın müzakirələr zamanı "presedent yaratmadan" əvvəldən qeydə alınmış çıxışından istifadə etmək səlahiyyəti verib.

Bunun səbəbi ilə ABŞ hökumətinin Fələstin nümayəndə heyətinə viza verməməsi olub.

Qətnamə yalnız Baş Assambleyanın 80-ci sessiyasına şamil edilir.

Qətnamənin lehinə 145 BMT üzvü səsverib. ABŞ da daxil olmaqla 5 ölkə isə əleyhinə səs verib. Səsvermədə altı dövlət bitərəf qalıb.