

“HAMAS hərəkatı Qəzza zolağının idarə olunmasında heç bir rol oynamayacaq”.
Bunu Fələstin prezidenti Mahmud Abbas deyib.
"HAMAS idarəçilikdə heç bir rol oynamayacaq. HAMAS və digər qruplar silahlarını Fələstin Milli Administrasiyasına təhvil verməlidirlər", - o vurğulayıb.
Abbasın sözlərinə görə, Fələstin Milli Administrasiyası silahsız, qanuni təhlükəsizlik qüvvələri ilə vahid dövlət yaratmağa çalışır.