usiya MN: 69 Ukrayna PUA-sı məhv edilib Dünya

usiya MN: 69 Ukrayna PUA-sı məhv edilib

Moskva vaxtı ilə gecə yarısından səhər saat 7:00-a qədər Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayəti də daxil olmaqla Rusiyanın regionları üzərində 69 Ukrayna PUA-nı məhv edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 23-də, Moskva vaxtı ilə gecə yarısından səhər saat 7:00-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Kaluqa və Kursk vilayətləri, Moskva vilayəti, Rostov, Ryazan, Samara və Saratov vilayətləri və Krım yarımadası üzərində Ukraynaya məxsus 69 PUA-nı məhv edib.