ABŞ-da immiqrasiya polis binasında atışma: 3 nəfər yaralanıb Dünya

ABŞ-da immiqrasiya polis binasında atışma: 3 nəfər yaralanıb

Texas ştatının Dallas şəhərindəki immiqrasiya və gömrük polisi şöbəsində atışma baş verib, nəticədə üç nəfərdən azı yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABC News kanalı mənbələrə istinadən məlumat verib.

Hadisə 24 sentyabr çərşənbə günü səhər saatlarında baş verib. ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem, baş verənlər nəticəsində "çox sayda yaralanan və ölü olduğunu" bildirib. Onun sözlərinə görə, atəş açan şəxs ölüb. Kanalın mənbələri, o, özünə atəş açaraq həyatını itirdiyini qeyd edib.

Nazir həmçinin, cinayətkarın motivlərinin hələlik aydın olmadığını bildirib. Eyni zamanda, o, ABŞ immiqrasiya və gömrük polisi işçilərinin "misli görünməmiş zorakılıqla" qarşılaşdıqlarını vurğulayıb.

"Bu zorakılığa son qoyulmalıdır", - deyə Noem əlavə edib.

Məryəm Quliyeva