İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
29 Sentyabr 2025 23:55
1 946
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer ABŞ Prezidenti Donald Trampın rəhbərlik edəcəyi yeni beynəlxalq keçid orqanı olan "Sülh Şurası"na qoşulacaq.
"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, bunu Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
Vaşinqtonun Qəzza zolağı ilə bağlı təklif etdiyi sülh planına əsasən, "Sülh Şurası" anklavı idarə etmək həvalə olunacaq qeyri-siyasi Fələstin Komitəsinə nəzarət edəcək. Bu komitə fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət olacaq.
"Biz şuraya digər ölkələrin rəhbərlərini, o cümlədən tanınmış liderləri daxil edəcəyik və şura yaradacağıq. Şurada olmaq istəyənlərdən biri də Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerdir. O, yaxşı insandır, çox yaxşı insandır. Eləcə də digərləri.", - Tramp deyib.