İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
30 Sentyabr 2025 08:02
1 743
ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının həyata keçirilməsi Yaxın Şərqin digər regionlarında sülhün bərqərar olmasına kömək edə biləcək və həmçinin Ukrayna böhranının həllinə təsir göstərə bilər.
APA xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”a müsahibəsində deyib.
"Prezident Tramp ümumən sülh istəyir. Bu, təkcə Qəzzada deyil, həm də Yaxın Şərqin qalan hissəsinə də yayıla bilər, hətta Rusiya və Ukraynaya qədər uzana bilər", - o, deyib.
Uitkoff əlavə edib ki, Trampın təşəbbüsü həm Fars körfəzi, həm də Avropa ölkələri tərəfindən dəstəklənir.