Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib Dünya

Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib

Rusiya Ukraynanın Dnepropetrovsk vilayətində Verbovoye qəsəbəsini ələ keçirdiyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Dnepropetrovsk vilayətində Verbovoye qəsəbəsinin ələ keçirildiyini açıqlayıb.

Nazirlik Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyəti ilə bağlı açıqlama yayıb.
Rusiya qüvvələrinin Ukraynada cəbhədə bütün istiqamətlərdə irəlilədiyi vurğulanan bəyanatda, “Şərq hərbi birləşmələri Dnepropetrovsk vilayətindəki Verbovoye qəsəbəsini azad edib.
Bəyanatda həmçinin qeyd olunub ki, Ukraynaya məxsus 20 pilotsuz uçuş aparatı (PUA) bir gecədə Belqorod, Rostov, Saratov və Voronej vilayətləri üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətinin Kirovsk və Seversk Malı qəsəbələrinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Məryəm Quliyeva