Gürcüstan DTX: Seçki günü təxribatlar planlaşdırılır Dünya

Gürcüstan DTX: Seçki günü təxribatlar planlaşdırılır

Gürcüstanda bəzi qüvvələr oktyabrın 4-də təxribatlar planlaşdırırlar. Mən heç kimə bu barədə hətta düşünməyi belə məsləhət görmürəm, çünki çox sərt cavab alacaqlar.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Mamuka Mdinaradze “İmedi” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bir neçə qrup ictimaiyyətin qəzəbinə səbəb olacaq hərəkətləri ciddi şəkildə müzakirə edir.

“Etiraz etmək istəyirlərsə, etsinlər, amma qanun çərçivəsindən çıxmasınlar. Gürcüstan seçkiləri ləyaqətlə keçirəcək, çağırışların öhdəsindən gələcək”, - DTX rəhbəri deyib.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. Müxalif qüvvələr həmin gün Tbilisidə etiraz mitinqi təyin edib.