

ABŞ-a səfər edən Ukrayna nümayəndə heyəti dronlarının planlaşdırılan satın alınması və təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunda müzakirələr aparıblar.
Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov "Facebook" səhifəsində məlumat payşaşıb.
Umerovun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu prezidentin təşəbbüsü olan “Drone Deal” layihəsinin həyata keçirilməsi olub.
“Ukrayna komandasının səfərinin əsas məqsədi — Ukrayna dronlarının satın alınması barədə sazişin imzalanmasına hazırlıq üçün texniki danışıqlar aparmaq idi. Bu layihə həmçinin Ukrayna və ABŞ-ın birgə istehsal müəssisələrinin yaradılmasını da nəzərdə tutur”, — o yazıb.