İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 Oktyabr 2025 13:14
2 345
Gürcüstanın müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
APA-nın yerli bürosu xəbəri verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Məlumata əsasən, gürcü diplomata bildirilib ki, Gürcüstan hakimiyyətinin Almaniyanın Tbilisidəki səfirinin ünvanına əsaslandırılmamış ittihamları və aqressiv ritorikası qəbuledilməzdir və dayandırılmalıdır.
Qeyd edək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sentyabrın 24-də Gürcüstan XİN-ə çağırılıb. Gürcüstan tərəfi diplomatın ölkədə radikal gündəmi təşviq etmək cəhdlərindən narahatlıq ifadə edib.