

“Saakaşvilinin ailəsinin zəbt etdiyi universitetin radikalizmin qızışdırılması üçün platforma kimi istifadə edilməsi təəccüb doğurmur və şəbəkənin xarici mənbələrdən maliyyələşdirilməsi tam aydındır”.
APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin bu şəbəkəni ifşa etməsi və radikal planların qarşısının alınması vacibdir.
“Öz ölkəsinə qarşı radikalizmin şiddətləndiriıməsi ilə məşğul olan insanların, o cümlədən gənclərin olması təəssüfedicidir. Bu, ciddi problem və müqavimət göstərməli olduğumuz çağırışdır”, - Baş nazir söyləyib.
Qeyd edək ki, söhbət M.Saakaşvilinin anası Giuli Alasaniyaya məxsus “Gürcüstan Universiteti”ndən gedir. “İmedi” telekanalının məlumatına əsasən, bu ilin aprelində ali məktəb ABŞ-ın Taylanddakı səfirliyindən 40 min dollar əldə edib və vəsait hesabına Qərbin xüsusi xidmət orqanlarının tapşırıqlarına əsasən tələbə və şagirdlər üçün təlimlər keçirilir.