Danimarkanın baş naziri: Avropa Rusiyanın yaratdığı real təhlükəni dərk etməlidir Dünya

Danimarkanın baş naziri: Avropa Rusiyanın yaratdığı real təhlükəni dərk etməlidir

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa ölkələrini Rusiyanın imperialist ambisiyalarından irəli gələn real təhlükəni qəbul etməyə və buna uyğun hərəkət etməyə çağırıb.

APA xəbər verir ki, hökumət başçısı bunu Kopenhagendə keçirilən Avropa Siyasi Birliyi sammitində çıxışı zamanı səsləndirib.

“Bilirəm ki, bəziləriniz üçün Rusiyanın yaratdığı təhlükə çox aydındır, digərlərinə isə uzaq görünə bilər. Amma biz artıq sadəlövh ola bilmərik. Bu müharibə heç vaxt yalnız Ukrayna ilə bağlı olmayıb. Söhbət Avropadan gedir, bütün ölkələrimizdən, vətəndaşlarımızdan, dəyərlərimizdən və azadlığımızdan”, – Frederiksen vurğulayıb.