

Türkiyə Xarici İşlər Nazirliyi 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlığı Gününü və Türk Dövlətləri Təşkilatının (TDT) təsis sənədi olan Naxçıvan Müqaviləsinin imzalanmasının 16-cı ildönümünü təbrik edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Nazirliyin açıqlamasında bu əlamətdar günün qürurla qeyd olunduğu və Türk Dövlətləri Təşkilatı bölgədə və ondan kənarda sülh, rifah və sabitliyə xidmət etməyə davam edəcəyi vurğulanıb.