

HAMAS ABŞ prezidenti Donald Trampın Qəzzada sülhlə əlaqədar təklif etdiyi sülh planını nəzərdən keçirmək üçün daha çox vaxtın lazım olduğunu deyib.
APA xəbər verir ki, bu barədə anonim HAMAS üzvü AFP-yə açıqlamasında danışıb.
“HAMAS hələ də Trampın planı ilə bağlı konsultasiyalar aparır. Biz vasitəçiləri məlumatlandırmışıq və onlara daha çox vaxt lazım olduğunu bildirmişik”- HAMAS rəsmisi qeyd edib.
Xatırladaq ki, Donald Tramp sentyabrın 30-da HAMAS-ın fikirləşmək üçün “3 ya da 4 gün” vaxtı olduğunu vurğulamışdı.