Gürcüstan müxalifəti xaricdən ruhlanır Dünya

Gürcüstan müxalifəti xaricdən ruhlanır

Gürcüstanda 4 oktyabr bələdiyyə seçkilərindən sonra müxalifətin ölkədə etiraz aksiyaları keçirməsi, iğtişaş törətməyə cəhdi kənar qüvvələrin ssenarisi ola bilər.
Bunu xalqcebhesi.az-a Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyev deyib.
Qeyd edək ki, Gürcüstan Prokurorluğu beş müxalifət xadimini dövlət çevrilişinə və hökumətin devrilməsinə çağırışda Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı ittiham irəli sürülüb.
Müxalifət üzvlərinin qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və bu zorakılıqda iştirak etməkdə ittiham olunublar. Prokurorluğun məlumatına görə, dövlət çevrilişi təşkil etməyə cəhd edən vətəndaşları 9 ilə qədər həbs cəzası gözləyir.
F.Əliyev deyib ki, seçki günün sonunda müxalifət nümayəndələrinin paytaxtda etiraz aksiyası təşkil etməsi, aksiyanın polislə toqquşmaya çevrilməsi qəbuledilən proses deyil: “Nümayişçilər hökumətin istefasını və regional bloka qoşulmaq üçün səylərin bərpasını tələb ediblər. Bu da Avropanın maraqlarına tam cavab verir. Baxın, seçkilərdən sonra seçkilərin saxtakarlığına etiraz edən qurumlardan biri də Avropa İttifaqı olub. Qurumun bəyanatında deyilir: “Gürcüstanda yerli özünüidarəetmə seçkiləri bu şənbə günü fərqli fikirlərin genişmiqyaslı boğulması şəraitində keçirilib”, “Əhalinin böyük bir hissəsi hakim partiyanın “Gürcü Arzusu”nun repressiv siyasətinə qarşı mütəmadi etiraz edib. Biz əsassız olaraq həbs edilmiş bütün şəxslərin azad edilməsinə çağırırıq”. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə qarşıdurma yaratmaq istəyən daxili qüvvələr xaricdən ruh alırlar”.

Cavid