Qəzzada ölənlərin sayı 67 160 nəfərə çatıb Dünya

Qəzzada ölənlərin sayı 67 160 nəfərə çatıb

İsrailin 7 oktyabr 2023-cü ildən soyqırım törətdiyi Qəzzada ölənlərin sayı 67 min 160, yaralıların sayı isə 169 min 679-a yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi son 24 saat ərzində Qəzza zolağında 21 mülki vətəndaşın və 96 yaralının xəstəxanalara gətirildiyini bildirib.

Cəsədlərdən ikisi əvvəlki hücumlarda dağıntılar altında qalan mülki şəxslərə məxsusdur. Açıqlamada İsrailin martın 18-də Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozmasından bu yana 13 min 568 fələstinlinin həlak olduğu, 57 min 638 fələstinlinin yaralandığı vurğulanıb. Bəyanatda İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü il tarixdən etibarən ölənlərin sayı da yer alıb və bununla da ümumi can itkisi 67 min 160, yaralıların sayı isə 67 min 196-a çatıb.

Məryəm Quliyeva