NATO Litva-Belarus sərhədində genişmiqyaslı hərbi təlimlərə başlayıb Dünya

NATO Litva-Belarus sərhədində genişmiqyaslı hərbi təlimlərə başlayıb

Bu gün Litvada Belarus sərhədindən bir neçə kilometr məsafədə beynəlxalq NATO hərbi təlimləri başlayıb.

APA xəbər verir ki, bu barədə Litvanın silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlimlərdə təxminən 3 min litvalı və alyans ölkələrinin – Belçika, Çexiya, Lüksemburq, Niderland, Norveç, Xorvatiya və Almaniyadan olan hərbi qulluqçular iştirak edəcək. Bundan əlavə, təlimlərə təxminən 650 hərbi texnika – tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli nəqliyyat vasitələri cəlb olunacaq.

Məlumatda qeyd olunur ki, təlimlər zamanı hərbi qulluqçular hücum və müdafiə əməliyyatlarını məşq edəcək, həmçinin pirotexniki vasitələr istifadə olunacaq və təlim atəşləri keçiriləcək.