“Suriya regionda təhlükəsizliyin təminatında öz yerini bərpa etməlidir” Dünya

“Suriya regionda təhlükəsizliyin təminatında öz yerini bərpa etməlidir”

“Suriyanın silahlı qüvvələri üçün kadr hazırlığı bu ölkənin müraciəti əsasında Türkiyə tərəfindən həyata keçirilir. NATO standartları əsasında qurulan və Şərq xüsusiyyətlərini nəzərə alan Türkiyə ordusu bu gün dünyanın ən güclü hərbi qüvvələrindən biri hesab olunur. Lakin onun dəstəyi yalnız hərbi müstəvi ilə məhdudlaşmır – sosial, iqtisadi və infrastruktur yönümlü bərpa işlərində də Ankaranın rolu böyükdür”.

Bunu Millət vəkili Aydın Mirzəzadə Xalqcəbhəsi.az-a müsahibəsi zamanı deyib.

Aydın Mirzəzadə onu da vurğulayıb ki, əsas arzu Suriyanın yenidən sabitlik və sülh dövrünə qayıtmasıdır. Onun fikrincə, Suriya regionda təhlükəsizliyin təminatında öz yerini bərpa etməli, qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə münasibətlərini möhkəmləndirərək bölgədə sülhün bərqərar olunmasına töhfə verməlidir.

Günel Elxan