İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
7 Oktyabr 2025 12:45
1 540
“Gürcüstan qanunvericiliyinə əsasən, aksiya zamanı küçənin bağlanmasına o halda icazə verilir ki, iştirakçıların sayı səkiyə sığmayacaq qədər çox olsun”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin üzvü Tengiz Şarmanaşvili deyib.
O bildirib ki, qanun çoxdan qüvvədə olsa da, ona tam əməl olunmur.
“Biz artıq buna dözməyəcəyik. Görürük ki, qanuna tabe olmaqla bağlı xəbərdarlıqlara məhəl qoyulmur. Biz əlbəttə müvafiq hüquqi addımlar atacağıq”, - deputat əlavə edib.
Qeyd edək ki, ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində ölkədə toplantıların keçirilməsinin məhdudlaşdırılacağını istisna etməyib. Onun sözlərinə görə, küçəni bağlayan 50-100 nəfər Gürcüstanda əmin-amanlıq və inkişaf istəyən 4 milyon insana qarşı zorakılıq edir.
“Belə davam edə bilməz, biz buna artıq yol verməyəcəyik”, - Baş nazir söyləyib.