Modi və Putin arasında telefon danışığı olub Dünya

Modi və Putin arasında telefon danışığı olub

Hindistanın Baş Naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bunu Hindistan Baş Nazirinin ofisi bildirib.

“Baş nazir prezident Putini 73 illik yubileyi münasibətilə ürəkdən təbrik edib və ona möhkəm sağlamlıq və bütün fəaliyyətlərində uğurlar arzulayıb", – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, liderlər ikitərəfli əlaqələri və aktual məsələləri müzakirə ediblər. Modi və Putin həmçinin Hindistan və Rusiya arasında xüsusi və imtiyazlı strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə bağlı olduqlarını təsdiqləyiblər.

Baş Nazir əlavə edib ki, o, Rusiya Prezidentini Hindistanda keçiriləcək 23-cü illik Rusiya-Hindistan sammitində gözləyir.

Məryəm Quliyeva