
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Myanmanın mərkəzində keçirilən Buddist festivalına hücum nəticəsində azı 24 nəfər həlak olub.
Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, hücum zamanı 47 nəfər də yaralanıb.
Hadisə Chaung U qəsəbəsində baş verib. Təxminən 100 nəfər Buddist milli bayramı olan Thadinqyut festivalını qeyd etmək və eyni zamanda hakimiyyət əleyhinə şam işığında etiraz aksiyası keçirmək üçün toplanıb.
Motorlu paraşütdə uçan şəxs izdihamın üzərinə iki bomba atıb.
Qeyd edək ki, Myanmar 2021-ci ildəki hərbi çevrilişdən bəri vətəndaş müharibəsi şəraitindədir. BMT-nin məlumatına görə, bu dövr ərzində toqquşmalarda 5000-dən çox insan həyatını itirib.