“Zəfər paradı strateji həmrəyliyin simvolu kimi idi”
9 Noyabr 10:54
9 Noyabr 10:54
8 Noyabr 10:28
10 Oktyabr 08:01
1 239
Federal hakim Eypril Perri ABŞ prezidenti Donald Trampa İllinoys ştatında iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın yerləşdirilməsinə müvəqqəti qadağa qoyub.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Hakim bildirdi ki, o, İllinoys ştatındakı vəziyyəti üsyan hesab etmək üçün kifayət qədər sübut tapmayıb.
O, Milli Qvardiyanın ştatda yerləşdirilməsinin iğtişaşlara səbəb ola biləcəyinə, həmçinin bu addımın Tramp və onun administrasiyasının imicinə pis təsir edəcəyinə inandığını deyib.
CNN-in məlumatına görə, qadağa 14 gün müddətində qüvvədə olacaq.