

Avropa İttifaqı Ukraynada müstəqil media sektorunun gücləndirilməsinə yönəlmiş ümumi dəyəri 6,6 milyon avro olan üç yeni layihənin başladığını elan edib.
APA xəbər verir ki, bu barədə Aİ-nin Ukraynadakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Layihələrin məqsədi jurnalistlərin vətəndaşları məlumatlandırmaq, korrupsiya hallarını ifşa etmək və Rusiyanın təcavüzü ilə bağlı həqiqətləri sənədləşdirmək işində onları dəstəkləməkdir.
Məlumatda ön cəbhədə işləyən və araşdırmaçı jurnalistikası ilə məşğul olan KİV-lərə 3 milyon avro ayrılacağı qeyd olunur.