

Ukraynanın pilotsuz üçan aparatlarının Krımda yerləşən Feodosiya şəhərindəki dəniz neft terminalına endirdiyi zərbə nəticəsində genişmiqyaslı yanğın başlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, bundan əlavə Feodosiya şəhərində yerləşən, Krım və Rusiya arasında enerji xəttinin bir hissəsi olan “Kafa” yarımstansiyası zərbəyə məruz qalıb.
“Simferopol” yarımstansiyasında da zərbələr nəticəsində bir neçə partlayış baş verib.