Almaniya Prezidenti 27 ildə ilk dəfə Britaniyaya səfər edəcək Dünya

Almaniya Prezidenti 27 ildə ilk dəfə Britaniyaya səfər edəcək

Son 27 il ərzində ilk dəfə olaraq Almaniya Prezidenti Böyük Britaniyaya səfər edəcək.

APA “Reuters“ə istinadən xəbər verir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dekabr ayında Britaniyaya 3 günlük rəsmi səfəri baş tutacaq.

O, Britaniya kralı III Çarlz tərəfindən Bukingem sarayında qəbul ediləcək.

Səfərin detalları sonra açıqlanacaq.

Qeyd edək ki, bu il kral III Çarlz Fransa və ABŞ prezidentlərini Bukingem sarayında qəbul edib.