Kreml Medvedevin “Tomahawk” raketləri ilə bağlı açıqlamasına aydınlıq gətirib Dünya

Kreml Medvedevin “Tomahawk” raketləri ilə bağlı açıqlamasına aydınlıq gətirib

“Tomahawk” raketlərinin buraxılması amerikalı mütəxəssislərin iştirakını tələb edəcək, ona görə də bu raketlərin Kiyevə mümkün tədarükü pis sonlana bilər.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bu cür silahların çatdırılmasının hamı, hər şeydən əvvəl Tramp üçün pis sonlana bilər" açıqlamasına aydınlıq gətirərkən deyib.

"Həqiqətən də, “Tomahawk” kimi belə mürəkkəb raketlərin idarə edilməsi bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək. Bu, açıq-aydın faktdır. Medvedev də bunu öz bəyanatında qeyd edib. İstənilən ekspert bunu mükəmməl başa düşür”, Peskov vurğulayıb.

Qeyd edək ki, Medvedev “Tomahawk” raketlərinin Ukraynaya mümkün tədarükünün hamı, hər şeydən əvvəl Trampın özü üçün pis sonlana biləcəyini bəyan edib.O, ABŞ prezidentinin bu raketlərlə bağlı bəyanatlarının növbəti boş təhdid olaraq qalacağına ümid etdiyini bildirib.