

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Mərkəzi Acarıstan bölgəsində xüsusi əməliyyat keçirib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə DTX-dan bildirilib.
Nəticədə üç nəfər Gürcüstan vətəndaşı saxlanılıb. İstintaq çərçivəsində əldə edilmiş sübutlar əsasında onların terror fəaliyyətləri ilə məşğul olduqları müəyyən edilib.
Saxlanılan şəxslərin “İslam dövləti” terror təşkilatının nüfuzlu liderləri ilə əlaqələrinin olduğu və onların göstərişi ilə terror məqsədləri üçün radikal-ekstremist ideologiyaya əsaslanan qruplaşma yaratdıqları müəyyənləşdirilib.