İsrail Trampın növbəti ilə Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək Dünya

İsrail Trampın növbəti ilə Nobel Sülh mükafatına namizədliyini irəli sürəcək

İsrail ABŞ prezidenti Donald Trampın gələn il Nobel Sülh Mükafatına namizədliyini irəli sürəcək.

APA xəbər verir ki, bunu İsrail parlamentinin spikeri Amir Ohana parlamentdə Donald Trampın qarşılanması mərasimindəki çıxışında deyib.

“Cənab Tramp, siz sülh mükafatına layiq görülməyə hamıdan çox layiqsiz. Buna görə də buradan elan edirəm ki, biz dünyada parlament spikerlərini də cəlb etməyə çalışacağıq və sizin növbəti il üçün Nobel Sülh Mükafatına namizədliyinizi irəli sürəcəyik” İsrail parlamentinin spikeri bəyan edib.