SpaceX-in "Starship" raketi 11-ci sınaq uçuşunu həyata keçirib Dünya

SpaceX-in "Starship" raketi 11-ci sınaq uçuşunu həyata keçirib

Amerikalı iş adamı İlon Maska məxsus "Starship" raketi 11-ci sınaq uçuşunu həyata keçirib. Raket planlaşdırıldığı kimi Hind okeanına enərək sınağı tamamlayıb.

Xalqcebhesi.az xəbər verir ki, SpaceX-in sosial media hesabından edilən şərhdə, 'Starship' raketinin 11-ci sınaq uçuşunu həyata keçirdiyi bildirilib. Bildirilib ki, Texas ştatındakı Starbase obyektindən yerli vaxtla saat 18:23-də atılan “Starship” raketi uğurlu uçuş həyata keçirib və uçuş zamanı sınaqdan keçirilən 13 mühərrikin hamısı işə salınıb.
Açıqlamada orbitə planlaşdırılmış sürətlə çatan raketin kosmosda səkkiz Starlink simulyatoru yerləşdirdiyi də qeyd edilib. "Starship" raketi planlaşdırıldığı kimi Hind okeanına enərək sınağı tamamlayıb.

Məryəm Quliyeva