

Fransa Prezidenti Emmanuel Makron Sebastyen Lekornyu hökumətinə etimadsızlıq elan olunacağı təqdirdə yeni Baş nazir təyin etməyəcəyini, əvəzində parlamenti buraxacağını bildirib.
Bu barədə Fransa hökumətinin sözçüsü Mod Brejon RFI-yə deyib.
Brejon Fransa Nazirlər Kabinetinin iclasında Makronun sözlərini sitat gətirərək deyib ki, Lekornyu hökumətinə qarşı etimadsızlıq təklifləri "parlamentin buraxılması təklifləri" kimi qiymətləndirilməlidir.
Hökumət sözçüsünün sözlərinə görə, Makron bildirib ki, hazırkı Fransa hökumətinə qarşı biri ultrasağçılar, digəri isə ultrasolçular tərəfindən iki etimadsızlıq təklifi irəli sürülüb — “və bu da göstərir ki, bəziləri müzakirə aparmaq istəmir”.