Tramp hesab edir ki, BRICS ölkələri ABŞ-ın rüsumlarına görə bu platformadan çıxacaq Dünya

Tramp hesab edir ki, BRICS ölkələri ABŞ-ın rüsumlarına görə bu platformadan çıxacaq

ABŞ Prezidenti Donald Trampın fikrincə, BRICS ölkələrinə qarşı rüsum tətbiq etmək hədəsi artıq öz təsirini göstərib.

APA xəbər verir ki, bu barədə o, Ağ Evdə argentinalı həmkarı Xavyer Mileylə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Mən dedim ki, əgər kiminsə BRICS-də qalmaq istəyi varsa, bunda problem yoxdur, amma biz həmin ölkəyə qarşı rüsumlar tətbiq edəcəyik — və hamı çıxdı. Hamı BRICS-dən çıxır”, – deyə amerikalı lider vurğulayıb.