Netanyahu HƏMAS-ın sülh yolu ilə tərksilah olunacağına ümid edir Dünya

Netanyahu HƏMAS-ın sülh yolu ilə tərksilah olunacağına ümid edir

İsrailin baş naziri Benyamin Netanyahu ümid edir ki, radikal Fələstinin HƏMAS hərəkatının üzvləri silahlarını sülh yolu ilə təhvil verməyə razı olacaqlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin baş naziri CBS News telekanalına müsahibəsində deyib.

"Əvvəla, HƏMAS silahlarını təhvil verməlidir. Ümid edirəm ki, biz bunu sülh yolu ilə edə bilərik. Biz buna şübhəsiz ki, hazırıq" , – o bildirib.

Netanyahu deyib ki, tərksilahdan əlavə, “Qəzzada silah fabriklərinin olmaması” və anklav ərazisinə “silah qaçaqmalçılığının olmaması” təmin edilməlidir.

Məryəm Quliyeva