
“Tramp dialoq imkanını qorumağa çalışır”
16 Oktyabr 22:36
16 Oktyabr 22:36
16 Oktyabr 18:40
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbətində bildirib ki, “Tomahawk” raketlərinin Ukraynaya tədarükü döyüş meydanındakı vəziyyətə təsir etməyəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə, Putin qeyd edib ki, bununla belə, bu raketlərin Kiyevə çatdırılması Rusiya ilə ABŞ arasında münasibətlərə, eləcə də Ukraynadakı sülh prosesinə xələl gətirəcək.
Uşakov onu da deyib ki, mümkün görüş yeri kimi Tramp Budapeşti təklif edib və Putin bu ideyanı dəstəkləyib.
Kreml rəsmisi əlavə edib ki, Rusiya və ABŞ nümayəndələri dərhal Budapeştdə keçirilə biləcək sammitə hazırlığa başlayacaqlar.