HAMAS girovların cəsədlərinin qaytarılmamasına görə İsraili ittiham edib Dünya

HAMAS girovların cəsədlərinin qaytarılmamasına görə İsraili ittiham edib

HAMAS hərəkatıhəlak olmuş 19 girovun cəsədlərinin hələ də təhvil verilməməsində İsrail hökumətini ittiham edib.

APA xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat yer alıb.

Onlar bildirirlər ki, cəsədlərin çıxarılması üçün xüsusi ağır texnika tələb olunur, lakin İsrail tərəfi bu texnikanın Qəzza sektoruna gətirilməsinə icazə vermir.

"Qalan girovların cəsədlərini tapmaq üçün xüsusi avadanlıq lazımdır, lakin hazırda İsrail tərəfindən qoyulan qadağa səbəbindən bu texnika Qəzzaya gətirilə bilmir. Buna görə də cəsədlərin təhvil verilməsində hər hansı gecikmənin məsuliyyəti tamamilə Netanyahu hökumətinin üzərinə düşür", - açıqlamada deyilir.