İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
17 Oktyabr 2025 17:57
2 541
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton özünü ədliyyə orqanlarına təslim edib.
APA “Reuters“ə istinadən xəbər verir ki, Bolton və onun komandası ABŞ Ədliyyə Nazirliyinə tabe olan ABŞ Marşallar Xidmətinin ofisinə gəliblər.
Keçmiş milli təhlükəsizlik müşaviri hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Con Bolton həssas dövlət məlumatını özünün iki qohumu ilə bölüşməkdə ittiham olunur.