İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
17 Oktyabr 2025 18:51
3 122
Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin evində axtarış aparılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
Məlumata əsasən, axtarışlar Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili və keçmiş Baş prokuror Otar Partsxaladzenin də evlərində həyata keçirilib.
Axtarışlar zamanı müxtəlif elektron cihazlar, sənədlər və külli miqdarda pul müsadirə edilib.
Baş Prokurorluqdan qeyd olunub ki, istintaqın gedişi və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.