7 Noyabr 10:54
18 Oktyabr 11:59
2 156
Avropa İttifaqı ilə yeni tərəfdaşlıq proqramı maksimum 3 ay ərzində imzalanacaq.
APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle”yə müsahibəsində deyib.
Ararat Mirzoyanın sözlərinə görə, Avropa İttifaqı ilə vizasız rejimin tətbiqi 1 ildən 2 ilə qədər vaxt ala bilər, Aİ ilə yeni tərəfdaşlıq proqramı isə maksimum 3 ay ərzində imzalanacaq.
Diplomat Aİ istiqamətində atılan addımlara baxmayaraq Rusiyanın hələ də ölkəsinin əsas tərəfdaşı olduqlarını etiraf edib: “Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciəti gələn ay da edə bilər, gələn il də, amma Rusiya bizim əsas tərəfdaşlarımızdan biridir”.
7 Noyabr 20:27
1 078
7 Noyabr 19:11
1 407
7 Noyabr 18:41
1 127