

Almaniya əlavə olaraq 15 ədəd "F-35" qırıcısı sifariş edəcək.
Bu barədə Almaniya parlamentindən olan anonim mənbə “Reuters“ə məlumat ötürüb.
Parlamentin büdcə komitəsinə daxil olan məxfi sənədlərdə, yeni sifarişin ümumi dəyərinin təxminən 2.5 milyard avro olacağı əks olunub.
Qeyd edək ki, Almaniya bundan əvvəl 35 ədəd "F-35" qırıcısı sifariş vermişdi.
Almaniyanın hərbi hava qüvvələrində olan 85 ədəd “Tornado” qırıcısı isə köhnəlmə səbəbindən istifadədən çıxarılacaq.