HƏMAS daha bir israilli girovun cəsədini Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcək Dünya

HƏMAS daha bir israilli girovun cəsədini Qırmızı Xaç Cəmiyyətinə təhvil verəcək

Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadaları daha bir ölmüş israilli girovun cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil vermək niyyətində olduğunu açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bəyanat qrupun Telegram kanalında dərc olunub.

Açıqlamaya görə, qalıqların təhvil verilməsi oktyabrın 20-də yerli vaxtla saat 20:00-da baş tutacaq.

Məryəm Quliyeva