Kürd referendumunun nəticələrinin ləğvi istənilir Dünya
İraqın baş naziri Heydər əl-Əbadi bu həftə muxtar kürd regionunda keçirilmiş müstəqillik referendumunun nəticələrinin ləğvini tələb edir. "Referendum ləğv olunmalı, konstitusiya çərçivəsində dialoqa başlanmalıdır. Referendumun nəticələriylə bağlı heç vaxt danışıq aparmayacağıq", – Əbadi sentyabrın 27-də deputatlar qarşısında çıxışında deyib.
"Konstitusiyaya uyğun olaraq, İraq qanununu bütün Kürdüstan regionunda tətbiq edəcəyik", – o söyləyib. Bu bəyanatdan sonra avtonom regionun seçki orqanı 25 sentyabr referendumunun nəticələrini açıqlayıb, səsverməyə qatılanların 92.7 faizinin müstəqilliyi dəstəklədiyini, seçici iştirakının 72 faiz olduğunu bildirib. "Reuters" agentliyinin yazdığına görə, parlament Əbadidən xahiş edib ki, kürdlərin əlində olan Kərkükə əsgər göndərsin və neft yataqlarına nəzarəti ələ alsın. Parlamentin qəbul etdiyi qətnamədə belə deyilir.
Multietnik region olan Kərkük 2014-cü ildən, İraq ordusu "İslam Dövləti" (İŞİD) yaraqlılarından qaçandan kürd peşmərgələrinin nəzarəti altındadır. Kürdlərin regionda olması neft yataqlarının yaraqlıların əlinə keçməsini əngəlləyib. Qətnamədə Əbadiyə belə bir çağırış yer alıb ki, "Kərkük daxil olmaqla, mübahisəli ərazilərdə təhlükəsizlik qüvvələrinin yerləşməsinə göstəriş versin".
Kürd regional hökumətinə (KRG) Kərkük də daxildir. Türkman və ərəblərin yaşadığı, ancaq tarixən kürdlərin iddia etdiyi bu ərazidə də referendum keçirilib. Kürd liderləri müstəqillik səsverməsiylə bağlı Bağdadla danışıqlara çağırırlar. İraqda İranın dəstəklədiyi güclü şiə döyüşçülərsə dialoqdan imtina, kürd liderlərinə qarşı sərt xətt yürüdülməsi məsələsində Abadiyə tərəfdar çıxırlar. Bağdadın regiona nəzarəti ələ almaqdan ötrü gücdən istifadəsi də variant kimi dilə gətirilir.
"İraqın bölünməsinə yol verməyəcəyik", – şiələrin Xalq Səfərbərlik Qüvvələrinin sözçüsü Əhməd əl-Əsədi deyib. Ancaq o, döyüşçülərinin kürd xalqını bütünlükdə hədəfə almayacağını vurğulayıb. "Referendumu keçirməklə İraqı parçalayanlar hədəfimizdir", – o söyləyib. Əsədinin sözlərinə görə, Kərkük yaxınlığında şiə yaraqlılarının bölmələri var və "konstitusiyaya uyğun olaraq, istənilən şəhərə və mübahisəli əraziyə gedib hökumətin nəzarətini bərpa etməyə" göstəriş gözləyirlər.
İran mediası isə bu arada yazıb ki, İraq ordusunun baş qərargah rəisi, general Otman al-Ganemi sentyabrın 27-də iranlı həmkarı, general Məhəmməd Hüseyn Bageri ilə hərbi əməkdaşlığı müzakirə etməyə Tehrana gedib. Ganemi iki ölkənin birgə sərhədinə də baş çəkəcək. Bu sərhədin bir hissəsi hər iki ölkədə yerləşən kürd regionunu ayırır. İran da mübahisəli referenduma qarşı çıxıb.
Livan və Misirin milli aviasiya şirkətləri Kürdüstan paytaxtı Ərbilə hava reyslərini ertələdiyini, bunu Bağdadın xahişiylə gerçəkləşdirdiklərini bildiriblər. İraq hökuməti referendumdan sonra Kürdüstana beynəlxalq uçuşları qadağan edəcəyi ilə hədələmişdi.