Ermənistan Rusiyadan yük maşını sürücülərinin qalma müddətinin artırılmasını istəyir Dünya

Ermənistan Rusiyadan yük maşını sürücülərinin qalma müddətinin artırılmasını istəyir

Ermənistan hökuməti Rusiya ilə erməni yük maşın sürücülərinin bu ölkədə qalma müddətinin 90 gündən 180 günə qədər artırılması barədə intensiv danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə Ermənistan Telegram kanalları məlumat yayıb.

Rəsmi İrəvan bildirir ki, hazırkı məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının (Aİİ) prinsiplərinə ziddir və bu qaydalara əməl etmək faktiki olaraq mümkün deyil. Nəticədə isə sürücülərin deportasiyası gündəmdədir ki, bu da təşkilat daxilində bərabərhüquqlu əməkdaşlıq anlayışına ziddir.

Ermənistan rəsmiləri qeyd edirlər ki, bu yalnız Ermənistanın deyil, bütün Aİİ üzv dövlətlərinin problemi sayılır və məsələ birlik çərçivəsində həll olunmalıdır. Əks halda, Ermənistan üçün Aİİ üzvlüyünün mənası qalmır.