Peskov: NATO təlimləri həmişə Rusiya ordusunun diqqət mərkəzindədir Dünya

Peskov: NATO təlimləri həmişə Rusiya ordusunun diqqət mərkəzindədir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, NATO üzv dövlətlərinin təlimləri hər zaman Rusiya hərbçilərinin diqqət mərkəzindədir.

Xalqcebhesi.az xəbər verir ki, o, bu sözləri jurnalistlərlə söhbətində deyib.

Kremlin sözçüsü Şimali Atlantika Alyansının son hadisələr fonunda hərəkətlərini, konkret olaraq NATO-nun Şimal dənizində mümkün hərəkətləri barədə xəbərləri şərh edib. O, qeyd edib ki, Rusiya vəziyyəti tam nəzarətdə saxlayır.

"Bu cür təlimlər hər zaman hərbçilərimizin diqqət mərkəzindədir”, - Peskov bildirib.

Həmçinin, o, bu istiqamətdə müvafiq tədbirlərin artıq alındığını və Rusiyanın öz potensialını hazırlamağa davam etdiyini əlavə edib.

Məryəm Quliyeva