AP Serbiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib Dünya

AP Serbiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib

Avropa Parlamentinin (AP) üzvləri Strasburqda keçirilən plenar iclasda Belqradın Rusiyaya qarşı sanksiyalara qoşulması olmadan Serbiyanın Aİ-yə üzvlük prosesinin irəliləməyəcəyini bəyan edən qətnamə qəbul ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında bildirilib.

Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və hətta Aİ təsisatları üçün də sırf məsləhət xarakteri daşıyır. 457 deputat qətnamənin lehinə, 103-ü əleyhinə səs verib, daha 72 deputat bitərəf qalıb.

“Avropa Parlamenti bir daha bəyan edir ki, Serbiyanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar yalnız Aİ-nin xarici və müdafiə siyasətinə və Rusiyaya qarşı sanksiyalara tam uyğun olaraq irəliləməlidir”, - sənəddə deyilir.

Məryəm Quliyeva