Rusiyanın müxtəlif regionları üzərində 25 Ukrayna PUA-sı vurulub Dünya

Rusiyanın müxtəlif regionları üzərində 25 Ukrayna PUA-sı vurulub

Bir saat ərzində Rusiyanın regionları üzərində 25 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Moskva meri Sergey Sobyanin Rusiya paytaxtına hazırda kütləvi PUA hücumunun baş verdiyini, Moskva istiqamətində uçan üç Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.

Rosaviasiyanın məlumatına görə, PUA hücumu ilə əlaqədar Moskvanın Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.