Moldovanın yeni Baş naziri təyin edilib Dünya

Moldovanın yeni Baş naziri təyin edilib

Moldovanın Baş naziri vəzifəsinə Aleksandr Muntyanu təyin edilib.

Moldova Prezidenti Maya Sandu bununla bağlı fərman imzalayıb.
“Parlament fraksiyaları ilə aparılan məsləhətləşmələrdən sonra bu gün Aleksandr Muntyanunu Moldova Respublikasının Baş naziri vəzifəsinə namizəd olaraq təyin edən fərmanı imzaladım. Ona hökuməti formalaşdırmaqda uğurlar arzulayıram. Hökumət parlamentin etimadını qazanmalı və vətəndaşların ən vacib gözləntilərini yerinə yetirməlidir: sülhün qorunması, ölkənin Avropa İttifaqına üzvlüyə hazırlanması, iqtisadiyyatın gücləndirilməsi və insanların həyat səviyyəsinin yüksəldilməsi”, - Sandu qeyd edib.