Antalyadan Permə uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb Dünya

Antalyadan Permə uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb

Pegasus Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarəsi Antalya Hava Limanından Rusiyanın Perm şəhərinə uçarkən, qalxışdan qısa müddət sonra texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub.

Bu barədə “APA-Economics” Türkiyə mediasina istinadən xəbər verir.

TC-NCY qeydiyyat nişanlı təyyarə, maksimum enmə çəkisinə çatmaq üçün müəyyən müddət havada dövrə vuraraq yanacaq boşaldıb və bundan sonra Antalya Hava Limanına təhlükəsiz şəkildə eniş edib.

Qeyd edilib ki, Pegasus Hava Yolları eyni reys üçün TC-NBL qeydiyyat nişanlı başqa bir Airbus A320 təyyarəsini göndərib. Ehtiyat təyyarə texniki yoxlamalardan sonra qısa müddət ərzində Perm istiqamətinə yola düşüb.